Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Naxçıvanda əhaliyə göstərilən tibbi xidmətlə maraqlanıb (APA)

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Bu haqda APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Nümayəndə heyəti Naxçıvan MR-nın Ali Məclisinin rəhbəri Vasif Talıbovla görüşüb və “Şəkərli diabet və onun müasir aspektləri” mövzusuna həsr olunmuş elmi-praktik konfransa qatılıb. Konfransda Azərbaycan Respublikası Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov “Şəkərli diabetin müasir vəziyyəti” haqqında, digər məruzəçilər isə “II tip diabetin müasir müalicə üsulları”, “Şəkərli diabet və xərçəng” “Şəkərli diabet və vərəm”, “Şəkərli diabetin diaqnostikası və onun ağırlaşmaları” mövzularında çıxışlar ediblər.

 

Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində O. Şirəliyev Naxçıvan Diaqnostika Mərkəzində, yeni açılmış doğum mərkəzində, onkoloji dispanserdə, Şahbuz rayon Mərkəzi Xəstəxanasında olub və əhaliyə göstərilən tibbi xidmətlə maraqlanıb.

14/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013