Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə nazirinin müavini: “Bir neçə il əvvəl ölümə məhkum xəstələrə indi dövlət qayğısı var” (Gün.az)

Üç il ərzində yalnız Bakı və ətraf qəsəbələrdə 53 tibb müəssisəsinin təmiri, inşası və təchizatı nəzərdə tutulub.

 

Gün.Az-ın verdiyi xəbərə görə, bu barədə Yurd.TV-yə müsahibəsində səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə “dünya səhiyyəsində problem yoxdur demək olmaz və inkişaf etmiş ölkələrdə belə səhiyyə sahəsində problemlərə rast gəlinir.

“Diqqət artdıqca, insanların istəkləri də haqlı olaraq bitmir. Bir neçə il əvvəl elə problemlər var idi ki, biz onlarla mübarizə aparmağa çətinlik çəkirdik, böyrək çatışmazlığı, hemofiliya və talassemiya xəstələri ölümə məhkum idilər. Lakin indi onlar dövlətin qayğısı ilə əhatə olunublar”.

Son altı ildə 350 tibb müəssisəsində inşaat, əsaslı təmir və təchizat işlərinin getdiyini bildirən nazir müavini qeyd edib ki, maddi-texniki avadanlıqlar baxımından səhiyyə müəssisələrinin yenidən qurulması üzərində iş aparılır.

O vurğulayıb ki, Bakı və ətraf qəsəbələrdə olan poliklinikaların maddi-texniki bazasının müasirləşdirilməsi bu il qarşıya məqsəd qoyulub.

“Lakin elə sahələr var ki, ayrılan vəsaitə görə onlara daha çox diqqət yetirmək lazımdır. Təkcə Bakı və ətraf qəsəbələr bəs etmir, regionlarda da səhiyyə müəssisələrinin yenidən qurulmasına diqqət yetirilir”.

Nazir müavininin səhiyyə sistemi barədə fikir və açıqlamaları barədə daha ətraflı Yurd.TV-nin müsahibəsində xəbər tuta bilərsiniz.

18/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013