Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda dermato-venerelogiya ilə bağlı beynəlxalq konfrans keçirilmişdir (AzərTAc)

Bakı Biznes Mərkəzində “Dermato-venerelogiyada müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda 7 ölkənin nümayəndələri iştirak etmişlər.

 

AzərTAc xəbər verir ki, beynəlxalq tədbir Səhiyyə Nazirliyi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və Avrasiya Dermatoloji Platformu tərəfindən təşkil olunmuşdu.
Ə.Əliyev adına ADHTİ-nin rektoru Sənan Kərimov, Rusiyadan Vladimir Vladimirov, Türkiyədən Aylin Heper, Gürcüstandan Oleq Kvilvidze və başqa alimlər çıxış etmiş və konfransın əhəmiyyətini vurğulamışlar.

 

Konfransda “Rozasea haqqında müasir anlayışlar”, “Dəri xəstəliklərinin müalicəsində müasir topik kortikosteroidlərin istifadəsi”, “lazerlə aknenin müalicəsi” və “Dəri problemlərinin müasir texnoloji terapiya üsulları” mövzularında məruzələr dinlənilmişdir.

25/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013