Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyətə başlayacaqlar (Trend)

Azərbaycanda 2015-ci ilədək ailə həkimləri fəaliyyət göstərməyə başlayacaqlar. Trend-in məlumatına görə, bu, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planında (2011-2015-ci illər) nəzərdə tutulub.

Tədbirlər Planında qeyd edilib ki, həmin müddətədək Səhiyyə Nazirliyi  ailə həkimlərinin hazırlığını sürətləndirəcək. Bununla yanaşı, 2015-ci ilədək səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi istiqamətində zəruri tədbirlər həyata keçiriləcək.

Ali tibbi təhsildə yeni tədris proqram və metodları tətbiq ediləcək, müvafiq ixtisaslar üzrə dövlət təhsil standartları təkmilləşdiriləcək.

29/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013