Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə iyunda 734 müraciət daxil olub (Trend)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) bu ilin iyun ayı ərzində 734 müraciət daxil olub.
Trend-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciətlərin 420-si şikayət, 194-ü sorğu xarakterli olub. Müraciətlərin 37-si aidiyyəti üzrə edilməyib. Müraciətlərin 83-ü isə cari problemlərə bağlı olub.
"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.