Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Onkologiya Mərkəzinin həkimləri Şəkidə müayinə keçirmişlər (AzərTAc)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi iyulun 7-8-də Şəki şəhərində onkoloji xəstəliklərlə bağlı humanitar aksiya keçirmişdir.

 

Respublikanın baş onkoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Azad Kərimli bildirmişdir ki, aksiya mütəxəssislər tərəfindən regionlarda yaşayan əhaliyə konsultativ-diaqnostik və profilaktik yardım təşkil etmək, ağ ciyərin rentgen və ultrasəs müayinəsi, mamoqrafik müayinə keçirmək, habelə qadınlarda süd vəzi xəstəlikləri və şişlərin əlamətlərinin vaxtında aşkar olunmasını təmin etmək məqsədi daşıyır.

 

Mərkəzi rayon xəstəxanasından AzərTAc-a bildirmişlər ki, aksiya zamanı Mərkəzin zəruri tibbi avadanlıqla təmin olunmuş səyyar diaqnostik kompleksində 248 nəfər rayon sakini müayinədən keçmişdir. Müayinə nəticəsində 10 nəfərdə onkoloji xəstəliklərin, bəzilərində isə sonsuzluq və digər xəstəliklərin əlamətləri aşkar olunmuşdur. Bu xəstələr mərkəzi rayon xəstəxanasında müalicəyə cəlb olunacaqlar.

9/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013