Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İmtahanlarda 121 həkim uğurlu nəticə əldə etmişdir (AzərTAc)

Səhiyyə Nazirliyi praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərin sertifikasiya test imtahanlarının nəticələrini açıqlamışdır.


Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə imtahanlarda iştirak edən 126 həkimdən 5-i 100 bal toplayaraq ən yüksək nəticə göstərmişdir. Ümumilikdə isə 121 nəfər uğur qazanmışdır.


Mamalıq-ginekologiya ixtisası üzrə imtahanlar iyulun 27-də keçiriləcəkdir.

22/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013