Yasamalda vərəm xəstəliyi və onun müalicəsinə müasir yanaşmalarla əlaqədar seminar keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrası Bakıdakı 19 nömrəli poliklinikada “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda vərəmin erkən aşkarlanması məqsədilə ilkin tibbi xidmət mərhələsində tibb işçilərinin və əhalinin sanitar maarifləndirilməsi, stiqma hallarının aradan qaldırılması istiqamətində müzakirələrin keçirilməsi və əhali arasında bukletlərin yayılmasıının rolu müzakirə edilib.
Ətraflı aşağıdakı linkdə:
https://azertag.az/xeber/Yasamalda_verem_xesteliyi_ve_onun_mualicesine_muasir_yanasmalarla_elaqedar_seminar_kechirilib-1417373
18/02/2020