Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində gələn ildən “e-Əmr” sistemi tətbiq olunacaq (Lent.az)

Kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək.

Sentyabrın 1-dən etibarən Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən tibb müəssisələrinin kadrlar şöbələrinin işinin təkmilləşdirilməsi məqsədilə yaradılmış “Elektron Əmrlər” (e-Əmr) proqram təminatı üzrə treninqlərə start verilib. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 19-dək davam edəcək treninqlərə Bakı və regionlardan tibb müəssisələrinin mütəxəssisləri dəvət olunub.

Yeni proqramın tətbiqi sahəsində səhiyyə müəssisələrində kadrlar üzrə əmrlərin verilməsi prosesi avtomatlaşdırılaraq vahid informasiya bazasında cəmləşdiriləcək və mövcud sistemlərlə inteqrasiya olunacaq. “e-Əmr” proqram təminatının müsbət cəhətinin biri onun bilavasitə tibb işçilərinin vahid registri ilə əlaqəli işləməsidir. Sistemdə qeyd olunmuş “e-Əmrlər” “Tibb işçilərinin vahid elektron registri”ndə avtomatik olaraq əmri verilən şəxsin məlumatlarında öz əksini tapır. Proqram təminatının 1 yanvar 2012-ci ildən istifadəyə verilməsi nəzərdə tutulub.


Qeyd edək ki, “e-Əmr” mövzusunda treninqindən əlavə, Sertifikasiya Komissiyasının da insan resurslarına həsr edilmiş təqdimatları təşkil edilib. Bu təqdimatların məqsədi kadr mütəxəssislərinin iş prosesinin daha da təkmilləşdirilməsi və iştirakçıların səhiyyə sistemində kadr işinin aparılması ilə bağlı yeniliklərlə tanış edilməsinə xidmət edir.

6/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013