Tibb Universitetinin Tədris Terapevtik Klinikasında təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Hande Harmancının başçılığı ilə klinikada təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, klinikanın direktoru professor Surxay Musayev koronavirusla mübarizə istiqamətində ölkədə, eləcə də ATU-da, o cümlədən klinikada görülən işlərdən danışıb.