Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Marqaret Çan: Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib (Trend)

Azərbaycan səhiyyəsi son 5 ildə çox böyük irəliləyişlər əldə edib və səhiyyə sahəsində böyük investisiya layihələri həyata keçirir. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru xanım Marqaret Çan çərşənbə axşamı Bakıda keçirilən ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasında çıxışı zamanı səsləndirib.

Azərbaycana səhiyyə ilə bağlı bəzi tövsiyələrini verən baş direktor deyib ki, yeni xəstəxana binalarının tikilməsinə, qeyri-infeksion xəstəliklərin müalicəsinə daha çox önəm vermək lazımdır.

"Siz bütün insanların sağlamlığının təmini barədə öhdəlik götürmüsünüz. Çalışırsınız ki, bütün region inkişaf etsin. Siz iqtisadi çətinliklər, cəmiyyətin qocalması kimi problemləri həll etmək istəyirsiniz. Siz istəyirsiniz ki, Azərbaycan səhiyyəsi insanların müalicəsi üçün daha açıq olsun", - Çan bildirib.

O əlavə edib ki, yaxın 20 il ərzində dünyada qeyri-infeksion xəstəliklərin müalicəsinə 30 trilyon dollar sərf olunması nəzərdə tutulur.

13/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013