Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun 61-ci sessiyası keçirilir (APA)

Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası başlayıb.

APA-nın məlumatına görə, tədbirə 53 Avropa ölkəsindən 350-yə yaxın nümayəndə qatılıb. Sessiyada ÜST-nin direktoru Marqaret Çen, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və digər rəsmi şəxslər iştirak edirlər. Tədbirin açılışına Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Prezident tədbirdə çıxış edib.

Sessiyada 5 məsələ - yoluxucu olmayan xəstəliklərə və vərəmə qarşı mübarizə, alkoqolizm, antibiotiklərə qarşı davamlılıq, QİÇS və antibiotiklərdən düzgün istifadə problemlərini müzakirə olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd ÜST-nin Avropa regionunda səhiyyə ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır. Sessiyada Azərbaycanda sosial səhiyyəyə aid aktual məsələlər milli və regional səviyyədə müzakirə olunacaq.

Tədbir çərçivəsində ÜST-nın Avropa Regional Bürosu ilə Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalanacağını açıqlayıb. Sənəddə növbəti il üçün əməkdaşlıq nəzərdə tutulur.

Sessiya sentyabrın 15-dək davam edəcək.

12/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013