Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Vaksinasiya sahəsində digər ölkələr Azərbaycanın təcrübəsindən istifadə etməlidir (Gün.az)

Azərbaycan yoluxucu xəstəliklər sahəsində böyük nailiyyətlər əldə edib. Gün.Az xəbər verir ki, bu barədə Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyasında Regional Büronun direktoru Suzanna Yakob jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə görə, Azərbaycan yoluxucu xəstəliklər sahəsində böyük nailiyyətlər əldə edib.

“Burada malyariya xəstəliyinin qarşısının alınması və digər sahələrdə geniş təcrübə var. Bundan başqa, Azərbaycanda çox güclü vaksinasiya sistemi mövcuddur ki, mən istərdim digər ölkələr də bu təcrübədən istifadə etsin” – deyə, S.Yakob bildirib.

Xanım Yakob qeyd edib ki, Azərbaycanda həm səhiyyə sisteminin fəaliyyətinin artması, həm də bu sahəyə ayrılan vəsaitin artması çox uğurlu nəticədir. O, Prezident İlham Əliyevə tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

“Cənab Prezident İlham Əliyevin bu tədbirdə iştirak etməsi çox xoş idi. Bu onu göstərir ki, bu ölkədə maliyyə sərmayəsindən başqa, tibbi və sosial xidmətlərə də böyük diqqət yetirilir”.

12/09/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013