Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Bakıda yeni tibb müəssisələri istifadəyə verilmişdir (AzərTAc)

Azərbaycan Prezidentinin yüksək siyasi dəstəyi ilə ölkəmizdə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Yeni tikilən, yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sayı durmadan artır.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə paytaxtda 3 saylı uşaq xəstəxanası və poliklinikası, 1 saylı psixiatriya xəstəxanasının yeni korpusu və 3 saylı şəhər klinik xəstəxanasının nəzdində yaradılmış psixosomatika şöbəsi açılaraq əhalinin istifadəsinə verilmişdir.


Müəssisələrin hər biri ən müasir avadanlıqla təchiz olunmuşdur.

 

5/11/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013