Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Klinik Uroloji Xəstəxanasında böyrək transplantasiyası əməliyyatı bərpa olundu (Lent.az)

Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında yenidən böyrək transplantasiyası əməliyyatlarının aparılmasına başlanılıb. Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xəstəxananın bir qrup mütəxəssisi iki xəstə üzərində böyrək transplantasiyası əməliyyatları həyata keçiriblər.

 

Uğurla nəticələnən hər iki əməliyyat 6 saat davam edib. Hər iki xəstə Bakı şəhər sakinidir. Xəstələrdən biri xroniki glomerulonefritdən əziyyət çəkib, xroniki böyrək xəstəliyi terminalı mərhələsində olub və 2009-cu ildən etibarən həftədə üç dəfə hemodializ seansları qəbul edib. Digər xəstə isə xroniki piolenefrit, xroniki böyrək çatmazlığının terminal mərhələsində olub və üç il hemodializ seansları alıb. Hər iki xəstəyə yaxın qohumu donorluq edib və onların hər ikisinə yeni böyrək sağ qalça çuxuruna köçürülüb.

 

Hazırda xəstələrin vəziyyəti keçirdikləri əməliyyata uyğundur, hər iki xəstədə köçürülmüş böyrək fəaliyyət göstərir.

12/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013