Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Paytaxt xəstəxanaları gücləndirilmiş rejimdə işləyəcəklər (Trend)

Yeni il bayramı ilə əlaqədar Bakı Baş Səhiyyə İdarəsinin tabeliyindəki müəssisələr gücləndirilmiş iş rejimində işləyəcəklər.

 

İdarənin rəis müavini Rauf Nağıyev cümə axşamı Trend-ə bildirib ki, müəssisələr dekabrın 31-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Bu müddətdə işləmək üçün təcili yardım briqadaları ilə yanaşı, poliklinikaların işçiləri üçün də növbətçilik cədvəli tərtib olunub.

 

Nağıyev deyib ki, bütün tibb müəssisələrində səhər saat 09:00-dan 18:00-dək məsul şəxslər əyləşəcəklər. Onlar ərazidəki əhaliyə tibbi xidmətlərin göstərilməsini təmin edəcəklər.

29/12/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013