Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ötən il Səhiyyə Nazirliyi tərəfindən 56 nəfərə ixtisas dərəcəsi verilib (APA)

2011-ci ildə Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 5103 nəfərdən sənəd qəbul edilib. Onlardan 3324-ü imtahanlardan keçib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən il birinci cəhddən imtahanlardan keçməyənlərin sayı 235, 2-ci cəhddə iştirak edənlərin sayı isə 65 olub. 2-ci cəhddə iştirak edənlərdən 55 nəfəri imtahanlardan keçib, 10-u isə uğur qazana bilməyib.

 

Nazirlik imtahanlarda yığılan balların hesabatını da açıqlayıb. Məlumata görə, 1306 nəfər 90 baldan çox, 1647 nəfər 75-90 arası, 371 nəfər isə 60-75 arası bal toplayıb.

 

Ötən il ixtisas dərəcəsi alanların ümumi sayı isə 56 olub. Onlardan 29-u 2-ci dərəcə, 9-u 1-ci dərəcə, 18-i isə 9 ali dərəcə alıb. Ümumilikdə sertifikat alanların sayı 3035 nəfər olub.

9/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013