Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya Komissiyası 2011-ci ilin hesabatını açıqladı (SİA))

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası 2011-ci ilin hesabatını açıqlayıb. 2011-ci ildə Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanlarında iştirak etmək üçün 5103 sənəd qəbul olunub. Onlardan 3324-ü imtahanlardan uğurla keçiblər. İmtahanlarda 1-ci cəhddən keçməyənlərin sayı 235, 2-ci cəhddə iştirak edənlərin sayı isə 65, keçənlər 55, keçməyənlər isə 10 nəfərdir.

 

İmtahanlarda iştirak edənlərin 1306-sı 90 baldan çox, 1647-si 75-90 arası, 371-i 60-75 arası bal toplayıb. İxtisas dərəcəsi alanların ümumi sayı 56 nəfər olub ki, onlardan da 2-ci dərəcə 29, 1-ci dərəcə 9, ali dərəcəni isə 18 nəfər alıb.

 

Ümumilikdə sertifikat alanların sayı isə 3035 nəfər olub.

9/01/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013