Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi Narkoloji Mərkəzlə bağlı məsələlərə aydınlıq gətirmişdir (AzərTAc)

Bəzi mətbu orqanlarda Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin direktor müavini olmuş Könül Mahmud qızı Vəliyevanın yenidən vəzifəyə təyin olunmasına dair məlumatlar dərc olunmuşdur.

 

Səhiyyə Nazirliyinin mətbuat xidməti məsələyə münasibət bildirərək yanlış məlumatları dərc edən mətbu orqanların diqqətinə çatdırır ki, bu yazılar əsassızdır. Belə ki, 3 oktyabr 2011-ci il tarixindən etibarən məhkəmənin qərarına əsasən K.M.Vəliyeva tutduğu vəzifədən kənarlaşdırılmış, onun vəzifəsinin icrası digər tibb işçisinə həvalə olunmuşdur.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Bakı Apelyasiya Məhkəməsinin K. Vəliyevaya dair çıxardığı qərara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tədbirlər görüləcəkdir.

14/02/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..