Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda xəstəliklər üzrə elektron qeydiyyat yaradılır (ictnews.az)

Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən xəstəliklər üzrə elektron qeydiyyatın aparılmasına başlanılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Səhiyyənin informasiyalaşdırılması mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məlumat verib.

 

Onun sözlərinə görə, hazırda müvafiq dövlət proqramlarına uyğun olaraq, əsas və xroniki xəstəlikləri olan əhalinin registrləri tutulur: ”Buraya şəkərli diabet, vərəm, talassemiya, xroniki böyrək çatışmazlığı və s. kimi xəstəliklər daxildir. Bu xəstələrin elektron registri hazırlanır və onlar da informasiya bazasına qeydiyyata salınır. Onlardan bir qisminə, xüsusən Bakıda qeydiyyata düşən şəkərli diabet xəstələrinə artıq elektron sağlamlıq kartları verilib.

 

Amma plastik kartlar bu sistemin bir hissədir. Yəni plastik kartlarsız da digər xəstələr də qeydiyyata düşürlər. Onların məlumatları bazaya toplanır və istənilən yerdə istənilən zaman həmin vətəndaşların məlumatlarını əldə etmək olur.

 

Bu xəstəliklər üzrə tutulan elektron registrdə xəstələrin sayı, nazologiyaları, diaqnozları, onlara verilən dərmanlar, edilən müalicə və s. kimi məlumatlar yer alıb”.

 

C.Əsədzadə deyir ki, bu sahədə tədbirlər planı hələ də davam edir: ”Hazırda hemofiliya, talassemiya, şəkərli diabet üzrə registrlər işləyir. Bu ilin sonuna qədər digər xəstəliklər üzrə hazırlanan registrlərin hazırlanmasının başa çatacağı gözlənilir”.

29/02/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013