Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Paytaxtda yeni tibb müəssisələri açılmışdır (AzərTAc)

Azərbaycanda istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası ölkəmizin başçısının vətəndaşlarımızın sağlamlığına göstərdiyi diqqətin təzahürüdür.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günlərdə əsaslı təmir və tikintidən sonra 35 nömrəli uşaq kardiorevmotoloji sanatoriyası, 8 nömrəli birləşmiş uşaq xəstəxanası, 3 nömrəli doğum evi, 16 və 26 nömrəli şəhər poliklinikaları, 8 və 16 nömrəli uşaq poliklinikaları əhalinin istifadəsinə verilmişdir.

 

Bu tibb ocaqlarında ən son texnologiyalara əsaslanan avadanlıq quraşdırılmışdır. Paytaxtla yanaşı, ən ucqar rayonlarda da müasir tibb müəssisələri, diaqnostika mərkəzlərinin yaradılması davam etdirilir.

19/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013