Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi 7 tibb müəssisəsini istifadəyə verib (APA)

Bu günlərdə Səhiyyə Nazirliyinin tabeliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir necə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsaslı təmir və tikintidən sonra acılan 35 nömrəli Uşaq Kardiorevmotoloji Sanatoriyasında, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasında, 3 nömrəli Doğum Evində, 16 nömrəli Şəhər Poliklinikasında, 8 nömrəli Şəhər Poliklinikasında, 26 nömrəli Şəhər Poliklinikasında və yeni tikilib istifadəyə verilən 16 nömrəli Uşaq Poliklinikasında ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb, klinikalar istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub.

19/03/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013