Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda cərrahiyyənin inkişafı xalqımıza layiqincə xidmət etməyə imkan verir (AzərTAc)

 Azərbaycanda cərrahiyyənin inkişafı xalqımıza layiqincə xidmət etməyə tam imkan verir. Ölkə vətəndaşlarının cərrahiyyə əməliyyatları üçün xaricə üz tutmalarına ehtiyac yoxdur. AzərTAc xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov bildirmişdir.

 

Azərbaycanda ilk dəfə yuxarı ətrafın replantasiyası (qopmuş orqanların bərpası) əməliyyatlarının aparıldığını söyləyən baş mütəxəssis bildirmişdir ki, əməliyyatlar Səhiyyə Nazirliyinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) iki xəstə üzərində keçirilmişdir.

 

Ölkəmizdə bu əməliyyatlara yenicə başlandığını deyən baş cərrah əlavə etmişdir ki, bunun üçün MNX lazımi avadanlıqlarla təchiz olunmuşdur.

 

H.Bağırov onu da demişdir ki, cərrahiyyə çox ağır sahədir. Xəstələrin bədənində yad cisimlərin qalması halları mümkündür. Bu, yalnız ekstremal hallarda, yəni xəstənin həyatını xilas etmək naminə ola bilər.

10/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013