Səhiyyə Nazirliyinin sektor müdiri: “Azərbaycanda insanlar arasında “quş qripi”nə yoluxma halı yoxdur” (APA)
“Azərbaycanda insanlar arasında nə “quş qripi”nə yoluxma halı, nə də xəstəlik şübhəsi olan şəxs yoxdur”.
Bunu APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət sektorunun müdiri Viktor Qasımov deyib. O bildirib ki, ötən müddətdə “quş qripi”nin olmamasına baxmayaraq, profilaktik tədbirlər daim aparılıb və hazırda da davam edir: “Dərman, dezinfeksiya üçün ehtiyatımız, hazırlıqlı kadrlarımız var. Ağciyər Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda xüsusi ayrılmış bokslar mövcuddur. 2006-cı ildə xəstəliyi aşkar etmək üçün aparatımız olmadığı halda, indi bu xəstəliyi özümüz aşkarlayırıq. Respublikada bu xəstəliyə hazırlıq daha yüksək səviyyədədir”.
(APA)
6/12/2010