Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri son üç ildə 20 mindən artıq göz əməliyyatı aparmışlar (AzərTAc)

Son üç ildə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göz xəstəlikləri ilə əlaqədar 202 min 300 müraciət daxil olmuşdur. Bizim mütəxəssislər bu müddətdə 18 min 100 əməliyyat keçirmişlər.

 

AzərTAc xəbər verir ki, bu sözləri Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru Elmar Qasımov akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş elmi konfransdakı çıxışı zamanı demişdir.

 

Direktor bildirmişdir ki, bu müddətdə MOM-un səyyar klinikası 3 min 750 pasiyenti müayinə etmiş, onlardan 740-nın gözü əməliyyat olunmuşdur.

28/04/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013