Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin bir qrup həkimi Zərdabda xeyriyyəçilik aksiyası keçirmişdir (AzərTAc)

Akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 10 nəfərdən ibarət həkim briqadası hər il olduğu kimi bu il də Zərdabda olmuş, növbəti xeyriyyəçilik aksiyası keçirmişlər. Mərkəzi rayon xəstəxanasında iyunun 1-3-də keçirilən aksiyada kardioloq, endoskopiya, kardiocərrah, USM, cərrah-rezident və digər ixtisaslardan olan həkimlər tərəfindən 523 xəstə müayinə olunmuşdur. Onlardan 5-nin üzərində cərrahiyyə əməliyyatı aparılmış, 10-dan çox xəstə stasionar müalicəyə cəlb edilmişdir.

 

Keçirilən aksiyadan razılıq edən rayon sakinləri son illərdə Prezident İlham Əliyevin bölgələrdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin müasir tələblərə cavab verməsi istiqamətində gördüyü ardıcıl və məqsədyönlü tədbirlərə görə ölkə başçısına minnətdarlıq bildirmişlər.

4/06/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013