Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan cərrahları türkiyəli həmkarları ilə birlikdə 30-dək cərrahiyyə əməliyyatı keçirəcəklər (AzərTAc)

Səhiyyə Nazirliyi dekabrın 1-dən 31-dək ölkə ərazisində “Sağlam həyat uğrunda” devizi ilə profilaktiki tədbirlər aylığı keçirəcəkdir.

 

Bunu noyabrın 27-də akademik Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində keçirilən mətbuat konfransında səhiyyə nazirinin müavini Elsevər Ağayev demişdir. Onun sözlərinə görə, bu tədbirlər ölkənin bütün regionlarını əhatə edəcəkdir. Məqsəd insanları sağlam həyat tərzinə cəlb etmək və bunun üçün müayinələr aparmaqdır.

 

Diqqətə çatdırılmışdır ki, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarının briqadaları regionlarda vətəndaşların müayinəsini aparacaqlar. Çünki insanlar xəstələndikdən sonra onların müalicəsi iqtisadi baxımdan baha başa gəlir.

 

Mətbuat konfransında Azərbaycan-Türkiyə səhiyyə həftəsi çərçivəsində həyata keçiriləcək tədbirlər haqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bir həftə ərzində Azərbaycan cərrahları türkiyəli həmkarları ilə birlikdə 30-dək cərrahiyyə əməliyyatı keçirəcəklər.

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013