Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Həftəsində 30 cərrahiyyə əməliyyatı aparılacaq (Modern.az)

M.Topcubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində Azərbaycan-Türkiyə Səhiyyə Həftəsinin başlanmasına həsr edilmiş tədbir keçirilib. Tədbirdə səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib ki, bir həftə ərzində Türkiyə Səhiyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda bir sıra əməliyyatlar həyata keçirəcək. Tədbirlə bağlı Türkiyə səhiyyə nazirinin müavin Nihat Tosun da Azərbaycana gəlib.

“Bir həftə ərzində iki aylıq uşaqdan 73 yaşına kimi insanlarda 30-a qədər cərrahiyə əməliyyatı aparılacaq. Əməliyyatları Azərbaycan və Türkiyə həkimləri birgə edəcək. Bu əməliyyatlar sırasında açıq və qapalı ürək əməliyyatları da olacaq”, – deyə nazir müavini bildirib.

 

E. Ağayevin sözlərinə görə, əməliyyatlar dekabrın 3-ə kimi davam edəcək və pulsuz olacaq-Nazirlik rəsmisi vurğulayıb ki, təkcə bu il 100-dən artıq kadr Türkiyəyə gedib. Onların ixtisasartırma müddəti 3 aya qədər uzadılıb.

 

27/11/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013