Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Klinik Xəstəxanasının həkimləri Mingəçevirdə 500-dən çox xəstəni müayinə etmişlər (AzərTAc)

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat uğrunda” kampaniyası çərçivəsində akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimləri Mingəçevirdə müayinələr keçirmişlər.

AzərTAc xəbər verir ki, klinik xəstəxananın tanınmış həkimlərinin iştirakı ilə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında müxtəlif xəstəliklərlə bağlı yüksək səviyyədə müayinələr aparılmışdır.

 

Humanitar aksiya zamanı Mingəçevirdən və ətraf rayonlardan olan 48 uroloji, 65 lor, 65 ginekoloji, 94 terapevtik, 62 hematoloji, 41 allerqoloji, 89 oftomoloji, 73 nevroloji xəstə müayinə edilmiş və onların bir qismi müalicəyə cəlb olunmuşdur. Xəstələrin müalicəsinə nəzarət yerli həkimlərə həvalə edilmiş, 11 xəstədə ağır patologiya aşkar olunduğuna görə onlar müayinə və müalicə üçün Respublika Klinik Xəstəxanasına göndərilmişdir.

 

9/12/2012

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013