Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ermanno Mazza: Azərbaycanda səhiyyə sahəsinin yaxşı perspektivləri vardır (AzərTAc)

Azərbaycanda səhiyyə sahəsinin yaxşı perspektivləri vardır. Bu sözləri dekabrın 18-də Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə Bakıda keçirilmiş aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminarın iştirakçısı, italiyalı professor Ermanno Mazza AzərTAc-a müsahibəsində demişdir.

 

Bakıda çox aktual mövzuda belə bir seminarın keçirilməsini yüksək qiymətləndirən E.Mazza bildirmişdir ki, Azərbaycanda son dövrlərdə yeni müasir tibb ocaqları tikilir, yenidən bərpa edilir, ən müasir avadanlıqla təmin olunur. Bütün bunları nəzərə alaraq ixtisaslı kadrların yetişdirilməsi çox vacibdir. Əlbəttə həkimlər xəstəxanalarda dezinfeksiya üsullarından mükəmməl istifadəni, tibbi tullantıların düzgün idarə olunmasını yaxşı bilməlidirlər. Çünki xəstəxanalarda və klinikalarda infeksiya daha tez yayıla bilər.

 

Azərbaycanda səhiyyə sahəsində çox böyük irəliləyişlər vardır. Əminəm ki, gələcəkdə bu sahədə daha çox nailiyyətlər əldə olunacaqdır.

18/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013