Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Fikriyə Kəskin: Azərbaycanda tibb sahəsində əsaslı dəyişikliklər və inkişaf vardır (AzərTAc)

Azərbaycanda tibb sahəsində çox mühüm dəyişikliklər və inkişaf vardır. Bu sözləri dekabrın 18-də Azərbaycan Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilmiş aseptika və dezinfeksiya problemlərinə dair beynəlxalq seminarın iştirakçısı, dezinfeksiya üzrə türkiyəli mütəxəssis Fikriyə Kəskin AzərTAc-a müsahibəsində demişdir.

 

Həkim Azərbaycanda 5 il əvvəl səfərdə olduğunu xatırladaraq ötən dövrdə hər sahədə, xüsusilə də səhiyyə sahəsində nəzərəçarpacaq inkişafın şahidi olduğunu demişdir.

 

Seminarın əhəmiyyətini qeyd edən qonaq vurğulamışdır ki, bu, dezinfeksiyaya həsr olunmuş ilk tədbirdir. F.Kəskin seminarı həkimlərin və tibb işçilərinin bu mühüm məsələyə diqqətini yönəltmək və fikir mübadiləsi aparmaq baxımından yüksək qiymətləndirmişdir.

18/12/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013