Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dünya Səhiyyə Təşkilatının rəhbərliyi Azərbaycanın səhiyyə sistemində əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişdir (AzərTAc)

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 132-ci sessiyasında iştirak etmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, O.Şirəliyev Litva, Norveç, Özbəkistan, Türkiyə, Rusiya Federasiyası və Estoniyanın nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.

 

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti ilə DST–nin baş direktoru Marqaret Çan arasında görüş olmuşdur. Görüşdə Azərbaycan ilə DST-nin baş qərargahı və Avropa Regional Ofisi arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilmişdir.

 

M.Can qısa müddət ərzində Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf və tərəqqisinin canlı şahidi olduğunu bildirmişdir. Baş direktor onun DST-də apardığı islahatlara Azərbaycanın dəstək verməsindən məmnunluğunu bir daha ifadə etmişdir.

5/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013