Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilir (AzərTAc)

Azərbaycanda ilk dəfə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anadangəlmə ürək qüsurunun invaziv yolla müalicəsi həyata keçirilmişdir.

 

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mərkəzin uşaq ürək cərrahiyyə şöbəsinin mütəxəssisləri anadangəlmə ürək qüsurlu 5 yaşlı uşağı anjioqrafiya laboratoriyasında əməliyyat həyata keçirmişlər. Bir saat davam edən əməliyyatda mütəxəssislər qulaqcıqlararası çəpər qüsurunu invaziv yolla aradan qaldırmışlar.

 

Əməliyyatdan sonra şöbəyə köçürülən xəstə bir gün sonra evə yazılmışdır.

 

14/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013