Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi ölkə üzrə 2000 vakant yerə müsabiqə elan edib (APA)

Səhiyyə Nazirliyi Azərbaycanın səhiyyə müəssisələrində vakant yerlərə tibb mütəxəssislərinin qəbuluna başlayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, tibb işçilərinin mərkəzləşdirilmiş qaydada işə qəbulu prosesinə fevralın 18-dən etibarən başlanıb və bu proses 1 ay müddətində davam edəcək. O bildirib ki, martın sonunda həkimlərin işə qəbulu üzrə ilk imtahan keçiriləcək: “Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə təsdiq edilən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Artıq Səhiyyə Nazirliyinin saytında mərkəzləşdirilmiş işə qəbulla bağlı xüsusi bölmə yaradılıb. Namizədlər bu bölməyə daxil olaraq həm qaydalarla tanış olub, həm də vakant yerlərə ərizə verə bilərlər. Bu günə kimi ölkə üzrə səhiyyə müəssisələrində 2000 vakant yer elan olunub. Bir ay ərzində bu vakant yerlərə namizədlərin ərizələri qəbul olunur. Artıq bir aydan sonra martın 18-də həkimlərin işə qəbulu üzrə imtahan olacaq. Bakı şəhəri üzrə ən çox vakant yerlər pediatriya, gigiyena, laboratoriya işi və epidemiologiya üzrə sahələrdir. Bölgələr üzrə isə vakansiyalar fərqlənir. Vakansiyalar Bakı şəhəri və bölgələr üzrə fərqlidir”.

21/02/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013