Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda sümük iliyinin transplantasiyasına hazırlıq işləri aparılır (Movqe.az)

Azərbaycanda Respublika Talassemiya Mərkəzində hematopoetik kök hüceyrələrinin transplantasiyasına, sümük iliyinin köçürülməsinə hazırlıq işləri aparılır. Bu barədə məlumatı Movqe.az-a eksklüziv olaraq Respublika Talassemiya Mərkəzininin müalicə işləri üzrə direktor müavini Zaur Məmmədbəyov verib. Z. Məmmədbəyov bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Respublika Talassemiya Mərkəzində sümük iliyinin transplantasiyası həyata keçiriləcək: "Bu səhiyyəsi sürətlə inkişaf etmiş ölkələrdə aparılan əməliyyatdır. Dünyada bahalı əməliyyatlardan sayılan hematopoetik kök hüceyrələrinin transplantasiyasının Azərbaycanda gerçəkləşməsi o deməkdir ki, bizim səhiyyəmizdə yüksək naliyyət əldə olunub. Hazırda buna hazırlıq işləri aparılır. Hematopoetik kök hüceyrələrinin transplantasiyası üçün iş gedir. Bizdə bu əməliyyatı həyata keçirəcək həkimlər var. Amma təbii ki, həmin həkimlər müəyyən kurslar keçəcək”.

 

Z. Məmmədbəyov hematopoetik kök hüceyrələrinin transplantasiyasının genetik qan xəstəliklərinin və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunduğunu söylədi.

 

 

 

29/07/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013