Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan ortopedləri Türkiyədə keçiriləcək beynəlxalq kursda iştirak edəcəklər (AzərTAc)

Azərbaycan ortopedləri yanvarın 13-dən 16-dək Türkiyənin İzmir şəhərində Almaniyanın “Gerhard Kuntscher” Dərnəyinin dəstəyi ilə keçiriləcək sümük qırıqlarının müalicəsi üzrə beynəlxalq kursda iştirak edəcəklər.

 

AzərTAc Türkiyə KİV-nə istinadla xəbər verir ki, tədbirdə plastik sümük modelləri üzrə araşdırmalar, bu sahədə qazanılan təcrübə müzakirə olunacaqdır.

 

Kurslarda Türkiyənin müxtəlif şəhərlərindən 40, xarici ölkələrdən isə 16 mütəxəssis iştirak edəcəkdir.

8/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013