Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səbail rayonunda əhalinin profilaktik tibbi müayinə tədbirləri davam edir (Azərtac)

 

Səbail rayonunda əhalinin profilaktik tibbi müayinə tədbirləri davam edir (Azərtac)

 

 

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Bakının Səbail rayonunda 25 tibb müəssisəsi fəaliyyət göstərir. Təkcə son iki il ərzində rayonda Milli Təhlükəsizlik Nazirliyinin yeni hərbi hospitalı istifadəyə verilmiş, 1, 2, 15, 33 nömrəli şəhər poliklinikaları, 3 nömrəli vərəm əleyhinə dispanser, 3 nömrəli təcili tibbi yardım stansiyası əsaslı təmir olunmuş, yeni açılan 19 nömrəli köməkçi təcili yardım stansiyası bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanılmışdır.

 

AzərTAc xəbər verir ki, bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyati qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xususi qrafiklər tərtib olunmuşdur. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikalarında lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın müayinələrdən keçməsi təmin olunmuşdur.

1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova rəhbərlik etdiyi tibb müəssisəsinin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu və ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər.

Müayinədən keçən rayon sakini əməkdar artist Nübar Novruzova rayon sakinləri adından onların sağlamlığının qeydinə qaldığ üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

26/02/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013