Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanlarda iştirak edən həkimlərin 95 faizi uğurlu nəticələr əldə etmişlər (AzərTAc)

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanmışdır.

 

Nazirlikdən AzərTAc-a verilən məlumata görə, oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak etmişdir.

 

4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. İmtahanlarda iştirak edən həkimlərin 95 faizi uğurlu nəticələr əldə etmişdir.

 

Qeyd edək ki, imtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

22/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013