Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələrinə metodik-təşkilatı köməklik davam edir

2 oktyabr 2009

 

Özəl tibb müəssisələrinə metodik-təşkilatı köməklik davam edir

 

Özəl tibb müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"də dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 15 dekabr 2008-ci il tarixli 275 nömrəli və “Əcnəbilərin və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün Şərtlərin təsdiq edilməsi haqqında” 07 noyabr 2001-ci il tarixli 176 nömrəli Qərarlarının və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrində istifadə olunan ixtisasların və vəzifələrin nomenklaturası haqqında” Səhiyyə Nazirliyinin 01 sentyabr 2008-ci il tarixli 119 nömrəli, əmrlərin tələblərindən irəli gələn məsələlərin və göndərilmiş sirkulyar xarakterli məktubların icrası ilə əlaqədar bir sıra işlər aparılmış, eyni zamanda metodik-təşkilatı köməklik göstərilmişdir.

 

Belə ki, müəyyən olunmuşdur ki, 247 ambulator, 56 ambulator-stasionar xidməti göstərən özəl tibb müəssisələrində 8460 iş yeri təmin olunmuşdur (stomatoloji xidmət istisna olmaqla). Bunlardan 2538 həkim, 4230 orta tibb işçisi və 1692 digər işçilər təşkil etmişdir.

 

AR Nazirlər Kabinetinin 275 nömrəli qərarın icrası ilə əlaqədar 11 özəl tibb müəssisələrində tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti təqdim edilmədiyindən tövsiyə xarakterli xəbərdarlıq etdikdən sonra müəssisə rəhbərləri tərəfindən 21 işçi işdən azad edilərək, digər işlərlə təmin edilmişlər.

 

Səhiyyə Nazirliyinin 119 nömrəli əmrin icrası ilə əlaqədar 200 özəl tibb müəssisələrində vəzifələrin nomenklaturasına uyğunlaşdırılması təmin edilmişdir.

Əcnəbi həkimlərin qısa müddətli fəaliyyəti ilə əlaqadar 8 özəl tibb müəssisəsi müraciət etmiş, 3 həkim mütəxəssisə qeyd olunan tarixlərdə fəaliyyət gösrəməsinə icazə verilmişdir.

Bundan əlavə özəl tibb müəssisələrin rəhbərlərinə İnsan Hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Təşkilatının konvesiya və tövsiyyələtinə uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının fəaliyyəti təminatlarının müəyyən edən Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli “Həmkarlar İttifaqları Haqqında Qanunu”nu və Azərbaycan Respublikası Əmək Məcəlləsini əsas tutaraq rəhbərlik etdikləri müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması tövsiyə edilmişdir.

 

Hal-hazırda özəl tibb müəssisələrinə metodik-təşkilatı köməklik göstərilməsi işlərinin aparılması davam etdirilir

 

Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..