Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

"Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

   Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

- Azərbaycan Respublikası Hökumətinin qərarlarmı "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın;

 

- "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn Əsasnamələri, qaydaları və digər lazımi normativ aktları qəbul etsin;

 

- Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin və digər baş idarələrinin bu Qanuna zidd olan öz normativ aktlarına, o cümlədən təlimatlarına yenidən baxmasını və bunları ləğv etməsini təmin etsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

 

Bakı şəhəri, 10 noyabr 1992-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013