Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Moldova ilə əlaqələrimiz genişlənir

23 fevral 2007

 

Moldova ilə əlaqələrimiz genişlənir

 

Dünən Nazirlər Kabinetində Azərbaycan və Moldova arasında qarşılıqlı əməkdaşlığa dair altı razılaşma sənədi və hökumətlərarası komissiyanın ikinci iclasının yekununa dair protokol imzalanıb.

 

Sənədlərin imzalanma mərasimi Moldovanın Baş naziri Vasile Tarlevin Azərbaycana rəsmi səfəri çərçivəsində həyata keçirilib. İmzalanmış sənədlərə geodeziya və kartoqrafiya, miqrasiya, iqtisadi cinayətkarlığa qarşı mübarizə və ətraf mühitin qorunmasına dair hökumətlərarası razılaşmalar daxildir. İki ölkənin nazirlikləri arasında isə statistika, səhiyyə, tibb elmi və maliyyə sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb.

 

Xatırladaq ki, hazırda Azərbaycan və Moldova arasında qanunverici - hüquqi baza 40 razılaşma sənədindən ibarətdir. Tərəflərin fikrincə, yeni bağlanmış razılaşmalar ölkələrimiz arasında əməkdaşlığı daha da dərinləşdirəcək.

 

Tibb qəzeti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013