Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələrinə mütəmadi olaraq metodik-təşkilatı köməklik göstərilir

20 avqust 2009

 

Özəl tibb müəssisələrinə mütəmadi olaraq metodik-təşkilatı köməklik göstərilir

 

Tibbi yardımın təşkili şöbəsinin məsləhətçiləri tərəfindən özəl tibb müəssisələrinə Nazirlər Kabinetinin 15 dekabr 2008-ci il tarixli 275 nömrəli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edilməsi barədə, 31 mart 2009-cu il tarixli 49 nömrəli “Tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlər və xidmətlərin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarların, Səhiyyə Nazirliyinin 28 avqust 2007-ci il tarixli 80 saylı əmri, 01 sentyabr 2008-ci il tarixli 119 nömrəli əmri, sirkulyar məktubların təmin edilməsi məqsədi ilə metodik-təşkilatı köməklik göstərilir. Aşkar olunan nöqsanlar aradan götürülür. Metodik köməklik 10 gün ərzində 40-dan çox müəssisələrə göstərilib. Metodik-təşkilatı işlərin aparılması davam edilir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013