Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 11, maddə 676; 2004-cü il, № 2, maddə 115; 2005-ci il, № 9, maddə 860, № 12, maddə 1234; 2006-cı il, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007-ci il, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008-ci il, № 1, maddə 37; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 8 oktyabr tarixli 239 nömrəli qərarı) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər"in 8.2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

 

"8.2. tibb xidməti göstərən şəxslərin müvafiq ixtisasa malik olmalarını və bu ixtisas üzrə həkimlər üçün 5 ildən, orta tibb işçiləri üçün 3 ildən az olmayaraq iş stajına malik olmalarını təsdiq edən sənədlərin surəti.".

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

A. Rasi-zadə

Azərbaycan Respublikasının

Baş naziri

 

Bakı şəhəri, 15 dekabr 2008-ci il

№ 275

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013