Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Nazirliyin əsas vəzifələri

Səhiyyə Nazirliyinin əsas vəzifələri

 

Səhiyyə Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:

 

1. Əhaliyə tibbi yardım göstərmək;

 

2. Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

 

3. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;

 

4. Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək;

 

5. Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

 

6. Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;

 

7. Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə - təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;

 

8. Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;

 

9. Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;

 

10. Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;

 

11. İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mütərəqqi idarəetmə formalarını tətbiq etmək;

 

12. Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;

 

13. Tabeliyində olan idarə və müəssisələrində çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək;

 

14. Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək;

 

15. Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq;

 

16. Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq tədbirlər görmək.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013