Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nöm

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

31.07.2012

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 

NAZİRLƏR KABİNETİ

 

QƏRAR

 

№ 160

 

Bakı şəhəri, 31 iyul 2012-ci il

 

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə

bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il

17 noyabr tarixli 187 nömrəli qərarında

dəyişiklik edilməsi barədə

 

 

 

 

 

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №11, maddə 1068; 2012, №1, maddə 26) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na aşağıdakı məzmunda altıncı sətir əlavə edilsin:

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzi

ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, gözün buynuz qişası, sümük iliyi

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013