Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasinin Nazirlər Kabineti

 

Qərar № 112 / 16.06.2010-cu il

 

Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.5-ci və 21-ci maddələrinə əsasən bir sıra orta ixtisas təhsili müəssisələrinin adlarının həmin Qanuna uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alir:

 

1 Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci
2 Şamaxı Mədəni-Maarif Texnikumu - Şamaxı Humanitar Kolleci
3 Şuşa Mədəni-Maarif Texnikumu - Şuşa Humanitar Kolleci
4 Gəncə Musiqi Texnikumu - Gəncə Musiqi Kolleci
5 Sumqayıt Musiqi Texnikumu - Sumqayıt Musiqi Kolleci
6 Şəki Musiqi Texnikumu - Şəki Musiqi Kolleci
7 Şuşa Musiqi Texnikumu - Şuşa Musiqi Kolleci
8 Ağdam Musiqi Texnikumu - Ağdam Musiqi Kollec
9 Ağcabədi Pedaqoji Texnikumu - Ağcabədi Pedaqoji Kolleci
10 Astara Pedaqoji Texnikumu - Astara Pedaqoji Kolleci
11 Şəki Pedaqoji Texnikumu - Şəki Pedaqoji Kolleci
12 Bakı Məktəbəqədər Pedaqoji Texnikumu - Bakı Sosial Pedaqoji Kolleci
13 Bakı Sənaye Pedaqoji Texnikumu - Bakı Sənaye Pedaqoji Kolleci
14 Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu - Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci
15 Bakı Yeyinti Sənaye Texnikumu - Bakı Qida Sənayesi Kolleci
16 1 nömrəli Bakı Tibb Məktəbi - 1 nömrəli Bakı Tibb Kolleci
17 2 nömrəli Bakı Baza Tibb Məktəbi - 2 nömrəli Bakı Baza Tibb Kolleci
18 Ə.Əliyev adına Sumqayıt Tibb Məktəbi - Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci
19 Gəncə Tibb Məktəbi - Gəncə Tibb Kolleci
20 Mingəçevir Tibb Məktəbi - Mingəçevir Tibb Kolleci
21 Naxçıvan Tibb Məktəbi - Naxçıvan Tibb Kolleci
22 Lənkəran Tibb Məktəbi - Lənkəran Tibb Kolleci və Şəki Tibb Məktəbi - Şəki Tibb Kolleci
23 Bakı Yanğın Texniki Məktəbi - Yanğın Texniki Kolleci adlandırılsın

 

Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013