Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Özəl tibb müəssisələrində təşkilati-metodik köməklik göstərmək məqsədi ilə baxış keçirilmişdir

29 oktyabr 2009

 

Özəl tibb müəssisələrində təşkilati-metodik köməklik göstərmək məqsədi ilə baxış keçirilmişdir

 

Səhiyyə Nazirliyinin “Özəl tibb müəssisələrinə təşkilatı metodik köməkliyin göstərilməsi barədə” 08.09.2009-cu il tarixli 146-S saylı Sərəncamı ilə nazirliyin nümayəndələri tərəfindən 15.09.2009-cu il tarixdən özəl tibb müəssisəsində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına baxış keçirilmiş və baxış zamanı 7 özəl tibb müəssisəsində bu proseduraların aparılmasında ciddi nöqsanlar aşkar edilmişdir (plazmaferez prosedurasına göndərilmiş xəstələrin xəstəliyi və diaqnozu barəsində heç bir məlumat yoxdur; hər iki proseduranın aparılması barədə əməliyyat və qeydiyyat jurnalları yoxdur; kabinetdə dezinfeksiya və sterilizasiya qaydalarına düzgün əməl olunmur, birdəfəlik tibbi ləvazimatların istifadə olunduqdan sonra zərərsizləşdirilmədən ümumi məişət zibilxanasına atılması; proseduranı aparan həkimin lazımi ixtisas üzrə sənədlərinin olmaması və s. nöqsanlar aşkar olunmuşdur).

 

Bununla əlaqədar olaraq həmin özəl tibb müəssisələrində plazmaferez və ozonoterapiya prosedurasının aparılmasına qadağan olunub.

 

Tibbi yardımın təşkili şöbəsi tərəfindən proseduranın aparılmasına qadağan qoyulmuş özəl tibb müəssisələrinin rəhbərlərinə məktub göndərilmiş və bununla bağlı lazımi tədbirlər görüb Səhiyyə Nazirliyinə məlumat verməyi tələb olunmuşdur.

 

Təşkilatı-metodik köməklik göstərməsi davam edir.

 

Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013