Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi

Xidmətin yaradılmasının əsası: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli ““Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Qərarı.

 

Xidmətin məqsədi: Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilkatik peyvəndlərin adı və vaxtı barədə məlumatların mobil telefon rabitəsinin qısa messaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunması.

 

Xidmətdən istifadə qaydası: Mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözünü və uşağın 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa müvafiq məlumat verilir.

 

Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.

Qısa messajın (SMS) nümunəsi:

 

Kimə: 9103

Text: PEYVEND 000000000000

 

Reqlament 

 







Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013