Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan sənədlərin siyahısı

1. Lisenziya almaq üçün ərizə

 

2. Lisenziya alacaq müəssisənin hüquqi qaydada təsdiq edilmiş nizamnaməsinin sürəti.

 

3. Hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi haqqında və dövlət qeydiyyatı haqqında şəhadətnamənin sürəti.

 

4. Hüquqi şəxsin uçot vahidlərinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə

 

5. Dövlət Sosial Müdafiə Fondundan Bildiriş

 

6. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə -VÖEN

 

7. Bank rekvizitləri

 

8. İşçi (lər)in – şəxsiyyət vəsiqələrinin surətləri, əmr (lər)i, əmək kitabçası, diplomlar

 

9. Lisenziya verilən obyektin istifadə hüququnu (qeydiyyat vəsiqəsi, texniki pasportu, icarə, istifadə və s.əsasları) təsdiq edən sənəd

 

10. Lisenziyanın verilməsindən imtina edilmədikdə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin sürəti.

 

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 sentyabr 2005-ci il tarixli, 169 nömrəli Qərarından çıxarış:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yol verilən psixotrop maddələrin siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 yanvar tarixli 18 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə qərarına əsasən əlavə şərtlər:

 

28. Prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

 

a) idxalı, ixracı və tranzit nəql edilməsi:

 

28.1. Xarici şəxslərlə (müqabil tərəflərlə) bağlanmış müqavilənin əsli və surəti;

 

b) istehsalı:

 

28.2. Ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik norma və qaydaların tələblərinə cavab verən istehsal sahəsinin və malik olduqları avadanlıqların normativ-texniki tələblərə uyğun olması barədə rəsmi sənəd;

 

28.3. İşçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat.

 

Qəbul günləri: həftənin 3-cü, 5-ci günləri, saat 15:00-17:00-dək

 

Tel: 493-39-85, 493-65-84

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013