Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Psixiatriya yardımı haqqında " Azərbaycan Respublikasının Qanıınunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

 

- qüvvədə olan qanunvericilik aktlarının «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

 

- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

- «Psixiatriya yardım haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

 

- həmin Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətin məhdudlaşdırılması tələb olunan peşə növlərini və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısını təsdiq etsin;

 

- öz səlahiyyətləri daxilində «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Müəyyən edilsin ki:

 

- «Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

- həmin Qanunun 1.0.2-ci, 7.4-cü, 13.2-ci, 41.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;

 

- həmin Qanunun 18.3-cü, 30.0.7-ci, 31.1-ci və 31.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

 

- həmin Qanunun 35.2-ci və 35.3-cü maddələrində «xüsusi razılıq» dedikdə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı»nm 36-cı bəndinə müvafiq sürətdə verilmiş xüsusi razılıq (lisenziya) nəzərdə tutulur.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 sentyabr 2001-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..